İdman

Ronaldo klublarını sata bilər: Nə baş verir?

17 Dekabr 2023 19:05
Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın "Kruzeyro" və İspaniyanın "Valyadolid" klublarının prezidenti Ronaldo Nazario gələcəkdə bu komandaları sata biləcəyini bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, əfsanəvi futbolçu bunun səbəbini açıqlamayıb:

""Kruzeyro"da əbədi qalacağıma zəmanət verə bilmərəm. Etdiyimiz işə və kluba böyük həvəsim var. Amma təbii ki, əbədi qalmaq fikrində deyiləm. Bir ölkədən digərinə keçmək çox yorucu idi, amma hazırda hər iki klubu idarə etmək mənə həzz verir. Bununla belə, gələcəyin necə olacağını sizə deyə bilmərəm".

Mövsümün sonunda "Kruzeyro" Braziliya A Seriyasında 14-cü yeri tutub. Valyadolid İspaniya Sequndasında keçirdiyi 19 matçdan sonra 35 xalla ikinci yerdədir və La Liqaya qayıtmaq üçün mübarizə aparır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.