"Real"ın yarımmüdafiəçisi Arda Gülər üçün 2023-cü il başa çatıb.
Milli.Az referans.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Madrid klubu Türkiyə millisinin üzvünə tam sağalması üçün vaxt vermək qərarına gəlib.
Buna görə ilin son 2 oyununda ona şans verilməyəcək.
A.Gülər 2023-cü ilin iyulunda "Fənərbağça"dan "Real"a transfer edilib. O, geridə qalan müddət ərzində 3 dəfə zədələndiyindən debüt edə bilməyib.
Qeyd edək ki, "Real"ın 2023-cü il son oyunlarını La Liqada çərçivəsində keçirəcək. Komanda dekabrın 17-də "Vilyarreal", 4 gün sonra isə "Alaves"lə qarşılaşacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun