İdman

Onlar 1990-cı illərin ən yaxşı futbolçuları seçildi

16 Dekabr 2023 22:03
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın "FourFourTwo" futbol jurnalı 1990-cı illərdə dünyanın ən yaxşı futbolçularının reytinqini dərc edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, siyahı nəşrin saytında təqdim olunub.

Reytinqə Fransa millisinin sabiq kapitanı Zinəddin Zidan başçılıq edir. Futbolçu karyerası ərzində "Kann", "Bordo", Turin "Juventus"u və Madrid "Real"ında oynayıb.

İkinci yeri braziliyalı Ronaldo, ilk üçlüyü isə italiyalı keçmiş hücumçu Roberto Baggio tutub.

Paolo Maldini (İtaliya) 4-cü, Rivaldo (Braziliya) 5-ci, Marko van Basten (Hollandiya) 6-cı, Dennis Bergkamp (Hollandiya) 7-ci, Luiş Fiqu (Portuqaliya) 8-ci, Romario isə 9-cu (Braziliya), 10-cu - Xristo Stoiçkov (Bolqarıstan), 11-ci - Erik Kantona (Fransa), 12-ci - Qabriel Batistuta (Argentina), 13-cü - Lotar Matteus (Almaniya), 14-cü - Roberto Karlos (Braziliya) , 15-ci - Marsel Desayli olub (Fransa).

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.