İdman

Peres yeni turnir üçün 50-60 klubla danışıqlar aparır

16 Dekabr 2023 13:42
Baxış: 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın prezidenti Florentino Perez yeni Avropa Superliqasının yaradılması hhazırda təxminən 50-60 klubla danışıqlar prosesindədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Voz Populi" məlumat yayıb.

Bildirilib ki,  üç diviziondan ibarət yeni Avropa Superliqasının yaradılması ideyası müzakirə olunub. Avropa Superliqasının yeni versiyasının oyunlarının Çempionlar Liqası, eləcə də Avropa Liqası və Konfrans Liqası günlərində keçirilməsi planlaşdırılır.

Avropada yeni futbol turnirinin yaradılması üçün vacib məqamın UEFA və FİFA-ya qarşı antiinhisar işi ilə bağlı Avropa İttifaqı Məhkəməsinin çıxardığı qərar olduğu vurğulanır. Əgər məhkəmə bu qurumların futbol yarışlarında monopoliyasının qanunsuz olduğunu tanısa, o zaman klublar hansı turnirdə iştiraka üstünlük verdiklərini seçmək imkanı əldə edəcəklər. Bu iş üzrə məhkəmə iclası bu il dekabrın 21-də olacaq.

Xatırladaq ki, Peres 2021-ci ilin yazında təqdim olunan Avropa Superliqasının ilk formatının təbliğatında liderlərdən biri olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.