İdman

Azarkeşlərin Xankəndiyə aparılacağı vaxt dəqiqləşdi

12 Dekabr 2023 12:47
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK görüşünün Xankəndi şəhər stadionunda keçiriləcəyi ilə bağlı xəbər vermişdik.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib.

Bununla bağlı Bakı Metropoliteninin də iş sistemi dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə "Qarabağ" - MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.

Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da Koroğlu metrostansiyasından Xankəndiyə yola düşəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.