İdman

Türkiyə futbolunda biabırçı görüntülər - Klub prezidenti hakimi döydü

12 Dekabr 2023 07:02
Baxış: 1 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasının hesabat turunda keçirilən "Ankaragücü" - "Rizespor" matçında xoşagəlməz hadisələr yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olub.

O, gözlənilmədən qarşılaşmanın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində ədalət təmsilçisi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.

Baş hakimə hücum edən klub prezidenti Faruk Koca saxlanılıb. 

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. Onun sözlərinə görə, hakimə hücumda iştirak edən K.C və Ş.Y.Ş adlı şəxslər də saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.