İdman

Kadinin hara gedəcəyi bəlli oldu - Klubu bu qiymətə satır

30 Noyabr 2023 17:59
Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu qış "Krasnodar"dan ayrılması gündəmdə olan Kadi Borgesin bir neçə təklifi var.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Qarabağ"a qayıtmayacağı dəqiqləşib.

Düzdür, ağdamlılar Rusiya təmsilçisinə satdıqları oyunçu ilə maraqlanıblar. Lakin Rusiya təmsilçisinin istədiyi məbləğ Azərbaycan klubunu bu plandan vaz keçməyə məcbur edib. 

Belə ki, "Krasnodar" müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulan "sambaçı" üçün 7 milyon avro istəyir. Braziliyalının maaş tələbi də kifayət qədər yüksəkdir - illik 2 milyon avro. Sözügedən oyunçunun həm Birləşmiş Ərəb Əmirliklərindən, həm də Səudiyyə Ərəbistanından yetərincə cazibədar təklifləri var. Kadi hazırda bu iki ölkədən aldığı çağırışlar arasında seçim edir.

Qeyd edək ki, "trasnfermarkt" portalı Kadinin transfer qiymətini 3,5 milyon avro ilə dəyərləndirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.