İdman

Holand Çempionlar Liqasının 2 rekordunu yenilədi

29 Noyabr 2023 12:41
Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin hücumçusu Erlinq Holand Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun matçında "Leypsiq"in qonağı olub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, norveçli ulduz komandasının 3:2 hesabıyla qalib gəldiyi oyunda möhtəşəm geridönüşün təməlini qoymaqla yanaşı, avrokuboklarda vurduğu qolların sayını 40-a çatdırıb.

"Squawka"-nın hesablamasına görə, bu qol Holanda eyni anda iki Çempionlar Liqası rekordunu yeniləməyə imkan verib. Birincisi, əvvəllər turnir tarixində heç kim 35 oyunda 40 dəfə fərqlənməmişdi. Bundan başqa, Holanda qədər turnir tarixində heç kim belə gənc yaşda (23 yaş 130 gün) 40 qol vurmamışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.