İdman

Avropa çempionatından əvvəl şahmatçımızın noutbukunu oğurladılar

24 Noyabr 2023 15:41
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan şahmatçısı Rauf Məmmədovun Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatından əvvəl noutbuku itib.

Milli.Az bildirir ki, bu barədə "Report"a açıqlamasında 35 yaşlı qrossmeyster bildirib.

Məmmədov qitə çempionatının bu səbəbdən onun üçün çətin başladığını söyləyib: "Bu yarışdan əvvəl İngiltərədə turnirdə idim. Londondan Monteneqroya gedəndə noutbukum oğurlandı. İki gün tapmaq üçün çalışdıq. Amma artıq üç həftə keçib. Hələlik bir xəbər yoxdur. Məncə, artıq tapılmayacaq. Avropa çempionatı vaxtı kapitanımız Qədir Hüseynovun noutbuku ilə məşğul olurdum. Hazırlaşmaq barədə problem olmadı, çox sağ olsun. Şahmatçı və jurnalist üçün noutbuku itirmək işini itirməyə bərabərdir. Böyük şəhərlərdə belə hadisələr olur".

Qeyd edək ki, kişi şahmatçılardan ibarət millimiz yarışı 9 xalla 18-ci yerdə bitirib. Qadınlar isə turniri gümüş medalla başa vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.