İdman

Ərəb gözəli seçimini etdi: Messi, yoxsa Ronaldo? - FOTOlar

23 Noyabr 2023 20:25
Baxış: 2 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Farah Ceffri Səudiyyə Ərəbistanının tanınmış qadın futbolçularından biridir. 20 yaşı olmasına rəğmən artıq çox populyardır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, karyerasına 2017-ci ildə "Ciddə İqls" klubunda başlayıb. Sonradan klubun adı dəyişdirilərək "Əl-İttihad" olub.

Cefri 2020-21 mövsümündə qadınlar arasında keçirilən Asiya Çempionlar Kubokunun, həmçinin Səudiyyə Ərəbistanı Premyer Liqasının bombardiri olub.

Uğurlu karyerasıyla yanaşı, xarici görünüşü ilə diqqət çəkir. O, gözəlliyi və xarakteri ilə ərəbistanlı futbolsevərlərin sevimlisinə çevrilib.

Bu yaxınlarda Farah yerli kanallardan birində yayımlanan proqramın qonağı olub. Ondan Kriştiano Ronaldo və Lionel Messi arasında seçim etməsi istənilib. 20 yaşlı ulduz seçimini uşaqlıqdan onun kumiri olan Leodan yana edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.