İdman

Xankəndi şəhər stadionu ilə bağlı YENİ XƏBƏR - Ən qısa zamanda...

12 Noyabr 2023 20:28
Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xankəndi şəhər stadionu Gənclər və İdman Nazirliyinin (GİN) balansına verilib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib. Bildirilib ki, hazırda orada aparılan yenidənqurma işləri ilə nazirlik məşğuldur.

Federasiyanın baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov yaxınlarda Qarabağa yollansa da, stadionda görülən tədbirlərə bilavastə GİN tərəfindən nəzarət edilir.

Bir müddət öncə başlayan söküntünun ilkin mərhələsi arxada qalıb.

Qondarma rejimin "bayrağ"ının rənglərində olan oturacaqlar artıq zibilliyə atılıb. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri "metalom"a atılıb.

Ən qısa zamanda arenaya yeni oturacaqlar quraşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.