İdman

Tarixi rekorda sahib oldu

9 Noyabr 2023 16:30
Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın çalışdırıcısı Karlo Ançelotti məşqçi kimi Çempionlar Liqasında ən çox qalibiyyət rekordu vurub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ançelotti 116-cı qələbəsini qazanaraq əfsanəvi məşqçi Aleks Ferqyusonun nailiyyətini yeniləyərək, bu göstəricidə birinci pilləyə yüksəlib.

Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun oyununda "Real" səfərdə "Braqa"nı 3:0 hesabı ilə məğlub edib. Dörd turdan sonra maksimum nəticə göstərərək pley-offa vəsiqəni təmin edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.