İdman

“Dedim ki, 100 manat bonus olacaq, güldülər”- Qurban Qurbanov

4 Noyabr 2023 20:30
Baxış: 1 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Qarabağ" "Kəpəz"i 7:1 hesabı ilə darmadağın edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdum klubunun futbolçusu Yassin Benzia matçda het-trik edərək karyerasında ilkə imza atıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da oyunsonrası mətbuat konfransında Benziadan söz açıb:

"Futbolçu nə qədər çox qol vursa, assist etsə, özünə inamı artır, həvəslənir. Bura gələnə qədər onun söhbəti oldu. Futbolçular dedi ki, Benzia ilk dəfə het-trik etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Benzia təcrübəlidir, yaxşı formaya düşməsi üçün qolların ona faydası olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.