İdman

Məşhur voleybolçunun ölümündəki sirr: Otel otağında... - FOTO

3 Noyabr 2023 11:29
Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyalı voleybolçu Culiya İtumanın ölümündəki sirri üzə çıxıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, İtaliyanın "İqor Qorqonzola Novara" voleybol komandasının 19 yaşlı futbolçusu Julia Ituma aprelin 12-də CEV Çempionlar Liqasının yarımfinal mərhələsində Eczacıbaşı ilə matçdan sonra Üsküdarda qaldığı otelin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.

Hadisənin intihar olub-olmadığı diqqətlə araşdırılıb. İstanbul Anadolu Respublika Baş Prokurorluğu istintaqını tamamlayıb.

Xəbərə görə, işçilərdən biri ifadəsində saat 05.30 radələrində səs eşitdiyini, lakin mənfi hadisəylə qarşılaşmadığını, sərnişinləri götürməyə gələn nəqliyyat vasitəsinin sürücüsünün yerdə adam olduğunu deməsindən sonra təcili yardım çağırdığını qeyd edib.

Digər komanda yoldaşı və yaxın dostu Gaia Giovannini matçdan sonra restoranda görüşdüklərini deyərək, "Bildiyim qədər səhhətində heç bir problem yox idi", - bildirib.

Otel dəhlizindəki video çəkilişlərdə İtumanın yavaş-yavaş otağının qarşısına doğru getdiyi, əyildiyi, divara söykənərək yerdə oturduğu, başını dizləri üstünə qoyaraq gözlədiyi qeyd olunub.

Otelin çölünü göstərən qeydlərdə onun dam örtüyünə çırpılaraq yerə yıxıldığı məlum olub.

İtumanın ölümünün bədən travması, çanaq sınığı ilə beyin qanaması və daxili orqan zədələnməsi nəticəsində daxili qanaxma nəticəsində baş verdiyi bildirilib.

Prokurorluq bütün bu sübutlara əsaslanaraq gənc voleybolçunun psixoloji böhran keçirdiyini və ölümündən bir müddət əvvəl "Bye bye guys", yəni "Sağolun uşaqlar" paylaşımı bildirib.

Prokurorluq onun saat 05.30 radələrində özünü otel otağından ataraq intihar etdiyini vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.