İdman

DÇ-2023: Millimiz 1/8 finala vəsiqəni təmin etdi

29 Oktyabr 2023 21:45
Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız Misirlə üz-üzə gəlib.

Matç komandamızın 4:1 hesablı qələbəsi ilə bitib. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar. Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Azərbaycan millisi son turun nəticələrindən asılı olmayaraq həm qrup birinciliyini, həm də 1/8 finala vəsiqəni təmin edib.

Qrupdakı digər matçda heç-heçə qeydə alınıb - İraq - Küveyt - 5:5. 

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son matçında oktyabrın 31-də Küveytlə üz-üzə gələcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.