İdman

Azərbaycan minifutbol millisi dünya çempionatına qələbə ilə başlayıb

27 Oktyabr 2023 23:07
Baxış: 1 005
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatına qələbə ilə başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Elşad Quliyevin yetirmələri mundialdakı debüt matçında İraq yığmasına qalib gəliblər.

Mirmehdi Rzayevin 16-cı, Elvin Əlizadənin isə 28-ci dəqiqədə vurduğu qol sayəsində Azərbaycan yığması 2:0 hesablı qələbə qazanıb.

Qrupun digər qarşılaşmasında Misir Küveyti eyni hesabla üstələyib.

G qrupunda yer alan Azərbaycan millisi növbəti matçını oktyabrın 29-da Misirə qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.