İdman

Avropa nəhəngindən “Fənərbaxça”ya sürpriz təklif

25 Oktyabr 2023 09:57
Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa nəhəngləri "Fənərbaxça"nın futbolçusu Ferdi Kadıoğlunu transfer etmək üçün hərəkətə keçib.

Milli.Az mətbuat.az-a istinadən xəbər verir ki, klublar oyunu ilə diqqət çəkən futbolçu üçün iddialı təkliflər göndəriblər. Bildirilir ki, İtaliyanın "Napoli" klubu Ferdini izləmək üçün Türkiyəyə nümayəndələrini göndərib. Məlumata görə, tribunadan Ferdinin oyununu izləyən "Napoli" nümayəndələri heyran qalıblar. "Napoli"inin futbolçu üçün "Fənərbaxça"ya 25 milyon avro təklif etdiyi irəli sürülür.

Qeyd edək ki, Ferdi Kadıoğlunun mövsümün əvvəllində "Fənərbaxça"dan ayrılmaq istədiyi, lakin klub rəhbərliyinin ona "çempion olaq sonra get" dediyi irəli sürülüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.