İdman

Erməni baş məşqçi futbolçu ilə dalaşdı

25 Oktyabr 2023 08:29
Baxış: 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın "Monpelye" klubunun baş məşqçisi, erməni Mişel Ter-Zakaryan komandanın futbolçusu Mamadu Sako ilə dava edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "L Equipe" məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 24-də axşam məşqdən sonra klubun paltardəyişmə otağında baş verib. Otuz üç yaşlı müdafiəçi məşqçisinin iradından narazı qalıb.

Ter-Zakaryan hadisə ilə bağlı açıqlama verməyib.

Bu mövsüm Sako klubun bir oyununda iştirak edib və heç bir məhsuldar hərəkətə imza atmayıb. Fransalı futbolçu "Montpelye" ilə yanaşı, PSJ, İngiltərə "Liverpul" və "Kristal Pelas" komandalarında da çıxışları ilə tanınır. O, millinin forması ilə 29 oyun keçirib, 2 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.