İdman

FHN-in əməkdaşı dünya çempionu oldu - FOTO

24 Oktyabr 2023 12:11
Baxış: 805
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yunanıstanın Lutraki şəhərində sərbəst və yunan roma güləşi üzrə veteran idmançılar arasında dünya çempionatı keçirilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, yarışda 38 ölkədən 700-ə yaxın idmançı iştirak edib.

Ölkəmizi A kateqoriyası üzrə 35-40 yaşlı sərbəst güləşçilər arasında 62 kq çəki dərəcəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov təmsil edib.

C.Süleymanov Qazaxıstan, Yaponiya və ABŞ-dan olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və sərbəst güləş üzrə veteranlar arasında dünya çempionu adını qazanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.