İdman

Tanınmış azərbaycanlı futbolçu karyerasını bitirdi

23 Oktyabr 2023 17:08
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Ruslan Abışov peşəkar karyerasını başa vurur.

Milli.Az xəbər verir ki, 36 yaşlı müdafiəçi futbolla vidalaşmağa hazırlaşır.

Ötən mövsümün sonunda "Zirə"dən ayrıldıqdan sonra klubsuz olan təcrübəli futbolçunun qərarını tezliklə açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Ruslan Abışov karyerası ərzində "Neftçi" və "Zirə" ilə yanaşı, "Xəzər Lənkəran", "Rubin" (Rusiya), "Qəbələ", "İnter" (hazırkı "Şamaxı"), "Sabah" və "Zirə" klublarının da formasını geyinib. "Ağ-qaralar"ın heyətində Premyer Liqanın ikiqat qalibi olan R. Abışov 2010/2011-ci illər mövsümünün ən yaxşı müdafiəçisi, 2012-ci ildə isə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. O, həmçinin yığmanın heyətində 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.