İdman

Gimnastlarımızdan Avropa çempionatında daha iki qızıl

22 Oktyabr 2023 21:42
Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında daha iki qızıl medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük balans hərəkətlərində qızıl medal qazanıb. Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü isə temp hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycan milli komandası akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında doqquz medal - yeddi qızıl və iki gümüş medal qazanıb.

Bundan əvvəl Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadınlardan ibarət qrup (gənclər) balans hərəkətləri proqramında qızıl, temp hərəkətləri proqramında və çoxnövçülük proqramında gümüş medal qazanıb. ğasif Rəhimov və Raziyə Seyidli çoxnövçülük və templə hərəkətlər proqramında birinci yeri tutublar. Daniel Abbasov və Murad Rəfiyev çoxnövçülük və balans hərəkətləri proqramında qızıl medala layiq görülüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.