"Real Madrid"in futbolçusu Arda Güler meydanlara qayıdır.
Milli.Az xəbər verir ki, bununla bağlı baş məşqçi Karlo Ançelotti məlumat verib. O bildirib ki, Güler oyuna həkim heyətinin nəzarəti altında buraxılacaq.
K. Ançelotti qeyd edib ki, futbolçu risk olmadığı təqdirdə "Sevilya" ilə matçda oynayacaq.
Məlumata görə, Arda Güler "Real Madrid"-"Sevilya" matçında meydana çıxmasa, Çempionlar Liqasında "Braqa" ilə oyunda heyətdə yer alacaq.
Milli.Az