İdman

Ralf Ranqnik: “Bakıda məğlub ola bilərik”

15 Oktyabr 2023 16:15
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakıdakı görüşdə qalib gələ və ya məğlub ola bilərik".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ərəfəsində mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis qrupu birinci pillədə başa vurmaq arzusunda olduqlarını bildirib: "İntensiv məşq edirik, matça hazırlaşırıq. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava yaxşıdır. Çətin təqvimimiz var. Lakin buna hazırıq".

O, Azərbaycan yığması barədə müsbət fikirlər səsləndirib: "Rəqibimiz son vaxtlar yaxşı oyun nümayiş etdirən komandadır. Keyfiyyətli oyunçuları var. Biz Azərbaycanı zəif rəqib hesab etmirik. Bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Avstriya oyunu saat 20:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.