İdman

2036-cı il Olimpiya Oyunları bu ölkədə keçirilə bilər

15 Oktyabr 2023 09:40
Baxış: 1 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Baş naziri Narendra Modi ölkənin 2036-cı il Yay Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etməkdə maraqlı olduğunu açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Mumbayda keçirilən açılış sessiyasında deyib.

"Hindistan Olimpiya Oyunlarına ev sahibliyi etməkdə çox maraqlıdır və onun təşkili üçün bütün səylərini əsirgəməyəcək. Bu, 1,4 milyard insanın çoxdankı arzusudur, sizin dəstəyiniz və əməkdaşlığınızla həyata keçirilməlidir", - Modi bildirib.

Qeyd edək ki, Meksika, Türkiyə, İndoneziya və Polşa daha əvvəl 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət etmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.