İdman

Türkiyə-Xorvatiya matçının biletləri səkkiz dəqiqəyə satıldı

5 Oktyabr 2023 07:53
Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə 2024-ci il Avropa çempionatının seçmə mərhələsinin "D" qrupunda keçiriləcək Xorvatiya - Türkiyə matçına biletləri 8 dəqiqəyə satılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb.

Oyun 12 oktyabrda Osijek şəhərindəki Opus Arenada keçiriləcək.

Satışa çıxarılan 13 min bilet 8 dəqiqqə ərzində bitib.

Xatırladaq ki, 5 oyuna 10 xal toplyan Türkiyə millisi qrupda lideridir. Ondan üç oyun az oynayan Xorvatiya isə ikinci yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.