İdman

"Fənərbağça" "Rizespor"u darmadağın etdi

1 Oktyabr 2023 20:59
Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, çempionluğa iddialı "Fənərbağça" doğma meydanda "Rizespor"u sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.

Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn "Fənərbağça" maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan "Rizespor" isə yeddinci pillədə qərarlaşıb.

Bu matçla eyni vaxtda başlayan "Karagümrük" - "Kasımpaşa" görüşündə qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.