İdman

"Qalatasaray"ın hücumçusu dünyanın ən bahalı avtomobilini aldı - FOTO

5 Sentyabr 2023 20:36
Baxış: 2 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray"ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, argentinalı futbolçu özünə hazırda cəmi üç nüsxədə istehsal olunan "Rolls-Royce" alıb. 

Bu avtomobilin qiyməti 26 milyon avro olaraq qiymətləndirilir. İddialara görə, avtomobilin üç nüsxəsindən biri mirvari hasilatı ilə zəngin olan bir sənayeçiyə, digəri Jay-Z və Beyonseyə, üçüncüsü isə Mauro İkardiyə satılıb.

Xatırladaq ki, ötən mövsüm 30 yaşlı hücumçu Türkiyə Superliqasında 24 matçda iştirak edib. Bu oyunlarda 29 məhsuldar ötürmə, 22 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt-ın verdiyi məlumata görə, futbolçunun bazar dəyəri 19 milyon avrodur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory