İdman

Mahir Emreli sonradan meydana daxil oldu, qələbənin təməlini qoydu - VİDEO

4 Sentyabr 2023 08:22
Baxış: 2 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Mahir Emreli komandasının heyətində növbəti qolunu vurub.

Milli.Az xəbər verir ki, "Osiyek"ə qarşı keçirilən ölkə çempionatı matçında sonradan meydana daxil olan həmyerlimiz komandasının qələbəsinin təməlini qoyub. Belə ki, meydan sahibləri 2:0 öndə olarkən Mahir 70-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. Qalan vaxtda daha iki qol vuran Zaqreb klubu əzmkar qələbə qazanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.