İdman

Məvacibi iki dəfə artırılacaq

3 Sentyabr 2023 19:00
Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Premyer Liqasının hazırkı çempionu "Mançester Siti" yaxın vaxtlarda hücumçusu Erlinq Holanda təkmilləşdirilmiş şərtlərlə yeni müqavilə təklif edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "şəhərlilər" Norveç yığmasının oyunçusunun maaşını təxminən iki dəfə artırmağa hazırdırlar.

Yeni müqaviləyə əsasən, o, həftədə 600 min funt sterlinq (700 min avro) alacaq.

Qeyd olunur ki, "Siti" digər klubların futbolçunu ələ keçirə bilməməsi üçün hücumçuya yeni müqavilə təklif edir.

Xatırladaq ki, Holandın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Futbolçu həftədə 375 min funt sterlinq (437 min avro) qazanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.