İdman

Ronaldo dünya rekorduna imza atıb

31 Avqust 2023 07:37
Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu milli liqalarda qol vurmaqda dünya rekorduna imza atıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) saytında məlumat verilib.

Ronaldo avqustun 29-da Səudiyyə Ərəbistanı çempionatında "Əş-Şəbab"a qarşı matçda milli liqalarda 517-ci qolunu vurub.

Onun 517 qolundan 3-ü Portuqaliya çempionatında (Sportinq), 103-ü İngiltərə Premyer Liqasında (EPL) (Mançester Yunayted), 311-i İspaniya çempionatında (Real), 81-i İtaliya çempionatında (Yuventus) vurulub.

Səudiyyə Ərəbistanı çempionatında isə 19 qol vurulub.

Məlumata görə, 38 yaşlı mütəxəssis avstriyalı Yozef Bikan və macar Ferens Puşkası (hər biri 515 qol) qabaqlayaraq rekorda imza atıb.

Qeyd olunur ki, milli liqalarda vurulan 500 qol həddinə cəmi 3 futbolçu çata bilib. Argentinalı Lionel Messinin hazırda 496 qolu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.