İdman

Premyer Liqa: "Qəbələ" ardıcıl üçüncü oyunda məğlub olub

19 Avqust 2023 21:15
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib. "Gənclik şəhəri" təmsilçisinin qollarını 3-cü dəqiqədə İsa Suliman, 31-ci dəqiqədə Kamran Əliyev vurub. "Qırmızı-qaralar"da 53-cü dəqiqədə Osama Xalayla fərqlənib.

Rəqibindən bir oyun az keçirən "Sumqayıt" ikinci qələbəsini qazanıb. Meydan sahibləri isə hər üç qarşılaşmadan məğlub ayrılıb.

Qeyd edək ki, günün digər görüşündə "Səbail" "Zirə"ni qəbul edəcək. Turun açılış matçında "Turan Tovuz" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. III turun "Qarabağ" - "Araz-Naxçıvan" və "Sabah" - "Neftçi" matçları avqustun 20-də olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.