İdman

“Neftçi”nin Avropa kubokunda növbəti rəqibi müəyyənləşdi

4 Avqust 2023 00:46
Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin Avropa kuboklarındakı növbəti rəqibi müəyyənləşib.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" "Beşiktaş"la qarşılaşacaq.

İstanbul klubu Konfrans Liqasının II təsnifat mərhələsində "Tirana"nı mübarizədən kənarlaşdırıb. Öz meydanında 3:1 hesablı qələbə qazanan "qartallar" Albaniyada da qalib gəlməyi bacarıblar. 2:0 hesabı ilə başa çatan oyunda "Beşiktaş"ın qollarını Amartey və Abubakar vurublar. Turnirin III təsnifat mərhələsinin ilk oyunu avqustun 10-da İstanbulda keçiriləcək. Cavab matçı bir həftə sonra Bakıda olacaq.

Qeyd edək ki, "Neftçi" iki oyunun nəticəsinə görə, "Jelezniçar"dan üstün olub (2:2, 2:0).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.