İdman

"Biz nə vaxtsa "Qarabağ"ı udmalı idik"

3 Avqust 2023 08:12
Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Komandamı qələbə münasibətilə təbrik edirəm. Nə vaxtsa Polşa komandası "Qarabağ"ı üstələməli idi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri "Rakuv" komandasının baş məşqçisi David Şvarqa UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində keçirilən "Rakuv" - "Qarabağ" (1:1) matçından dərhal sonra təşkil olunan mətbuat konfransında qeyd edib.

Baş məşqçi bu gün meydanda əsas işlərinin müdafiə olduğunu qeyd edib. Onun sözlərinə görə, futbolda dözmək və dözümlü olmaq çox çətindir:

"Fikrimcə, biz bu gün çox yaxşı oyun göstərdik. Oyunun ilk hissəsində biz özümüzü çox yaxşı göstərdik. Polşanın keçmiş qalibi öz qapısına 5 qolu buraxsa da, bu hal bizdə baş vermədi. Hava şəraitini nəzərə alaraq demək olar ki, idmançılarımız çox əziyyət çəkdilər. "Qarabağ" komandası güclüdür. Onlara gələcək matçlarında uğurlar arzu edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.