İdman

Danışılmış futbol oyunlarına görə 17 nəfər tutuldu

27 İyul 2023 19:07
Baxış: 1 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya polisi danışılmış futbol oyunları təşkil etməklə məşğul olan cinayətkar dəstəni həbs edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, polisin əməliyyatı İspaniya La Liqası və Europol ilə birgə keçirilib, cinayətkar qrupun 17 üzvü həbs edilib. 11 cinayətkar Melilyada, daha 6 nəfər isə Qranadada saxlanılıb.

Hazırda İspaniya çempionatının üçüncü divizionunda çıxış edən "Melilya" futbol klubunun iştirakı ilə danışılmış oyunlar təşkil olunub. Cinayətkarlar "razılaşmalar" aparmaqla yanaşı, korrupsiya, dələduzluq, çirkli pulların yuyulması və sənədlərin saxtalaşdırılmasında da ittiham olunurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.