İdman

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli olub

20 İyul 2023 23:03
Baxış: 1 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, "ağ-qaralar" bu raundda Bosniya və Herseqovinanın "Jelezniçar" klubu ilə üz-üzə gələcək.

Komanda I təsnifat mərhələsinin cavab görüşündə Belarus təmsilçisi "Minsk"i yenib - 2:1. Qarşılaşma UEFA-nın qərarına əsasən Bakıda "Azersun Arena"da gerçəkləşib. Tərəflər arasındakı ilk görüş heç-heçə yekunlaşmışdı - 2:2.

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsindəki ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.