İdman

“Mançester Yunayted” De Xea ilə rəsmən vidalaşdı

8 İyul 2023 21:34
Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qapıçı David De Xea "Mançester Yunayted"dən ayrılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 32 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti yenilənməyib.

Beləliklə, o, 12 ildən sonra Mançester təmsilçisindən ayrılıb.

De Xea 2011-ci ilin yayında "Atletiko"dan "Mançester Yunayted"ə transfer olunmuşdu. O, bu klubda 545 oyuna çıxıb və 190 matçda qapısını toxunulmaz saxlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.