İdman

UEFA-dan Maliyyə Feyr Pleyi ilə bağlı YENİ PLAN

31 May 2023 23:56
Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Maliyyə Feyr Pleyi (FFP) ilə bağlı UEFA yeni plan hazırlayıb.

Milli.Az apasport-a istinadən bildirir ki, Avropanın ali futbol qurumu layihəni bu mövsümdən etibarən tətbiq etməyə hazırlaşır.

UEFA-nın yeni tələblərinə görə, klublar gəlirlərin yalnız 90 faizini məvacib və transferlərə xərcləyə bilərlər. Növbəti ildə bu rəqəm 80 faizə, 2025-ci ildən isə 70 faizə endiriləcək.

UEFA yeni layihəni Avropa İttifqı ilə razılaşdırıb. Növbəti mərhələdə Avropa Klubları Assosiasiyası ilə anlaşma əldə olunması üçün danışıqlar aparılacaq.

Qeyd edək ki, UEFA-nın məqsədi klubların arasında maliyyə uçurumunu aradan qaldırmaq və transfer bazarında tarazlığı qorumaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.