İdman

Formula 1: Elnur Məmmədli sprint yürüşünün qaliblərini mükafatlandırıb

29 Aprel 2023 18:32
Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Formula 1 Azərbaycan Qran-Prisində sprint yarışının qalibləri mükafatlandırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Red Bull Racing"in pilotu Serxio Peres birinci, "Ferrari"dən Şarl Lekler ikinci yerə layiq görülüblər. S.Peresin komanda yoldaşı Maks Ferstappen yarışı üçüncü pillədə başa vurub.

Onlara mükafatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli təqdim edib.

Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. İlk səkkiz pillədə qərarlaşan pilotlar xal qazanıblar.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.