İdman

Matçda kütləvi dava olub - VİDEO

28 Aprel 2023 16:12
Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Basketbol liqasının pley-off mərhələsinin "Real" - "Partizan" arasındakı ikinci oyunu vaxtından əvvəl başa çatıb. Hakimlər bunu meydanda yaranan kütləvi davaya görə etməli olublar. Oyunun bitməsinə 100 saniyə qalmış ehtiraslar alovlanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Real"ın oyunçusu Serxio Yul qonaqların oyunçusu Kevin Panteriyə qəsdən kobudluq edib. Serbiya yığmasının təmsilçisi emosiyalarını saxlaya bilməyib və bu, kütləvi davaya səbəb olub.

Nəhayət, kütləvi iğtişaşda nəinki hər iki komandanın bütün basketbolçuları, əvəzedicilərlə yanaşı, hətta klubların əməkdaşları və məşqçiləri də iştirak edib. Nəticədə hakimlər davanın demək olar ki, bütün iştirakçılarını meydandan çıxarıblar, buna görə də görüşü başa çatdırmaq üçün oyunçu qalmayıb.

Davadan sonra bu vəziyyətlə bağlı rəsmi açıqlama verən Avroliqa oyundakı qələbəni "Partizan"a verib.

Qeyd edək ki, oyun dayandırıldığı anda hesab - 80-95 "Partizan"ın xeyrinə olub. Hazırda ümumi hesab 2:0 "Partizan"ın xeyrinədir.

Növbəti qarşılaşma mayın 2-də Serbiyada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.