İdman

İspaniya La Liqası yarımçıq dayandırıla bilər - ŞOK!

19 Aprel 2023 22:13
Baxış: 1 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqası və Sequnda matçlarını idarə edən hakimlər çempionatları boykot edə bilərlər. 

Milli.Az offsideplus.az-a istinadla xəbər verir ki, hakimlər bu gün keçiriləcək iclasda qarşıdakı oyunlara çıxmamağı müzakirə edəcəklər. Buna səbəb referilərin son zamanlar çox tənqid olunmaları və təzyiqlərə məruz qalmalarıdır. Üstəlik bir neçə gün əvvəl aşağı liqa oyunlarına təyinat alan hakim Antonio Pozo hücuma məruz qalıb.

Referilər buna etiraz edərək La Liqa daxil olmaqla ölkədə bütün futbol çempionatlarını boykot etməyi düşünürlər. Əgər bu baş versə, çempionatlar yarımçıq dayandırıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.