İdman

Messi Ronaldonun rekordunu qırdı

9 Aprel 2023 14:36
Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"PSJ"nin argentinalı hücumçusu Lionel Messi klub səviyyəsində Avropada ən çox qol vuran Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldonun rekordunu yeniləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Messi Fransa çempionatının 30-cu turunda "Nitsa" ilə oyunda qol vuraraq buna nail olub.

Bu qol Messi üçün Avropa klubunda çıxış edərkən vurduğu 702-ci qol olub. Hücumçu "Barselona"nın heyətində 672, "PSJ"də isə 30 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldonun isə 701 qolu var ("Real Madrid"də 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Sportinq"də 5).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.