İdman

Tofiq Musayev “Bellator”da uduzdu

11 Mart 2023 10:14
Baxış: 1 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) "Bellator"da rusiyalı Aleksandr Şabliyə məğlub olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə 34 yaşlı idmançı qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib.

ABŞ-ın San-Xoşe şəhərində baş tutan görüşün üçüncü raundunda xəsarət alan Musayev texniki nokautla uduzub. Bu, Azərbaycan idmançısının MMA karyerasında keçirdiyi 25-ci duelində 5-ci məğlubiyyəti olub.

Qeyd edək ki, "Bellator"un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.