İdman

Türk əsilli futbolçu Messinin rekordunu yeniləyib

11 Mart 2023 08:00
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İspaniya çempionatının XXV turunun "Kadis" və "Xetafe" komandalarının qarşılaşmasında Messinin İspaniya çempionatındakı rekordu yenilənib.

Milli.Az "report"a istinadən bildirir ki, 2:2 hesabı ilə yekunlaşan görüşdə sonuncu qolun müəllifi "Xetafe"nin türk əsilli hücumçusu Enes Ünal olub. Matçın baş hakimi oyuna 10 dəqiqə əlavə edib və final fitindən əvvəl VAR-a baxdıqdan sonra "Kadis"in qapısına penalti təyin edib. Artıq 16-cı dəqiqədə Ünal 11 metrlik zərbəni qola çevirərək yekun hesabı müəyyənləşdirib - 105:14.

Beləliklə, Ünal XXI əsrdə İspaniya çempionatında son qolun müəllifi olub. Əvvəllər bu nailiyyət 2008-ci ilin payızında "Barselona"nın heyətində "Espanyol"un qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirən argentinalı hücumçu Lionel Messiyə məxsus idi - 102:52.

"Kadis" XXV turdan sonra 27 xal toplayıb və La Liqa turnir cədvəlində 15-ci yerdədir, "Xetafe" isə 1 xal geridə qalaraq 16-cı yeri tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.