İdman

Bütün dövrlərin ən yaxşı futbol hakimləri açıqlandı - SİYAHI

7 Mart 2023 23:22
Baxış: 1 567
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bütün dövrlərin ən yaxşı futbol hakimlərinin adları açıqlanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bununla bağlı sorğu aparıb.

Səsvermənin yekununda hazırda FİFA-nın hakimlər xidmətinin rəhbəri olan italiyalı Pyerluici Kollina ən yaxşı hakim seçilib.  Almaniyalılar - Markus Merk 2-ci, Feliks Brix 3-cü olub. İlk onluqda ötən il karyerasını başa vuran türkiyəli referi Cüneyt Çakır da yer alıb.
 
İlk 10-luq

1. Pyerluici Kollina (İtaliya) - 191 xal
2. Markus Merk (Almaniya) - 184
3. Feliks Brix (Almaniya) - 161
4. Kim Milton Nilsen (Danimarka) - 159
5. Hovard Uebb (İngiltərə) - 156
6. Byorn Keypers (Niderland) - 152
7. Peter Mikkelsen (Danimarka) - 142
8. Cüneyt Çakır (Türkiyə) - 140
9. Oskar Ruiz (Kolumbiya) - 132
10. Nikola Ritsoli (İtaliya) - 12

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.