Əfsanəvi futbolçu Ronaldinyo meydanlara qayıdılıb.
Milli.Az xəbər verir ki, braziliyalı Jerar Pikenin təşkil etdiyi İspaniya Kral Liqasında debüt edib. O, "Prosinos"un heyətində "Pio" ilə 8-ci tur matçında meydana çıxıb. Ronaldinyo ilk hissənin 5-ci dəqiqəsində kapitan sarğısını alaraq ehtiyatdan meydana daxil olub. Oyunun onlayn platformalarda yayımını ümumilikdə bir milyondan çox insan izləyib.
Bu yarışdakı oyunlar 40 dəqiqəlik müddətdə olur. Həmçinin çempionatdakı komandalarda şou-biznes ulduzları, məşhurlar iştirak edirlər.
Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə 37 yaşında rəsmi şəkildə karyerasını başa vurub. 42 yaşlı yarımmüdafiəçi fevralın 24-də futbola qayıdıb və "Prosinos"a keçib. (publika)
Milli.Az