İdman

Şeydayev "Qarabağ"ı bu kluba dəyişir

26 Fevral 2023 11:18
Baxış: 12 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Ramil Şeydayev mövsümün sonunda indiki klubundan ayrılmağa yaxındır.

Düzdür, sözügedən oyunçu yeni müqavilə təklifinə hələ də cavab vermədiyi Ağdam təmsilçisində qalmağa da qərar verə bilər. Ancaq Rusiyanın iki elita klubunun maraqlandığı Şeydayevin Azərbaycanı tərk etmədən iş yerini dəyişmək ehtimalı da böyükdür.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onu "Neftçi" də rənglərinə bağlamaqda israrlıdır. 

Cari mövsüm hədəflərindən uzaq görünən bakılıların əsas məqsədi heyətdəki səviyyəli yerlilərin sayını artırmaqdır. və bu üzdən milli üzvünün heyətə qatılması flaqmanın idarəçiləri üçün prioritet hədəfdir. "Ağ-qaralar"ın yüksək maddi şərtlər fonunda uzunmüddətli əməkdaşlıq istəyi isə Ramil üçün yetərincə cəlbedicidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.