İdman

Gimnastımız dünya kubokunun finalında

18 Fevral 2023 20:11
Baxış: 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın batut gimnastikası üzrə millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən dünya kubokunun finalına yüksəlib.

Buna idmançımız qadınlar arasında fərdi təsnifatda uğurla çıxış etməklə nail olub.

20 yaşlı gimnast ikinci qrupda ilk cəhdində 53.370 xal toplayıb. O, ümumilikdə 21 iştirakçı arasında ən yüksək üçüncü göstəriciyə imza atıb. Nəticədə Mahsudova finalda iştirak hüququna yiyələnib. Azərbaycan təmsilçisi ikinci cəhdə ehtiyac duymayıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun 8 idmançı arasında keçiriləcək final raundu fevralın 19-da olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.