Türkiyənin "Trabzonspor" klubu Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununda İsveçrə "Bazel"ini qəbul edir.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, oyunda türkiyəli azarkeşlərin açdığı pankart diqqət çəkib.
Trabzonlu fanatlar pankartı zəlzələ qurbanlarına həsr ediblər. Bundan başqa, pankartda əks olunan xilasedicinin dəbilqəsində yardıma gələn ölkələrin bayraqları əks olunub ki, bunların arasında Azərbaycan da var.
Qeyd edək ki, qarşılaşmanın bilet satışından əldə ediləcək gəlir zəlzələ qurbanlarına ianə ediləcək.
Milli.Az