İdman

Məşhur futbolçu təcavüzə görə saxlanıldı

20 Yanvar 2023 17:09
Baxış: 1 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının üçqat qalibi braziliyalı futbolçu Dani Alveş İspaniyanın Kataloniya şəhərində polis bölməsində saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə regional hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat yayıb.

Futbolçu cinsi təcavüzdə şübhəli bilinir və barəsində həbs-qətimkan tədbiri seçəcək məhkəmədə ifadə verməli olacaq.

Əlavə olunub ki, İspaniya məhkəməsi ötın ilin dekabr ayının sonunda Barselonada gecə klubunda futbolçu tərəfindən bir qadına qarşı cinsi zorakılıq edilməsi iddiası üzrə istintaq hərəkətlərinə başlayıb. Alveş və onun ətrafında olanlar irəli sürülən bütün ittihamları rədd edir.

Xatırladaq ki, Alveşin 39 yaşı var və 2022-ci ilin iyulundan Meksikanın "Pumas" klubunda oynayır. Futbolçu əvvəllər Braziliyanın "Baiya" və "San Paulo", İtaliyanın "Yuventus" və bir sıra tanınmış klublarda çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.