İdman

Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

12 Yanvar 2023 08:02
Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayevin dünyanın ən məşhur turnirlərindən biri olan "Bellator"dakı növbəti görüşünün vaxtı bəlli olub.

Milli.Az Report-a istinadən xəbər verir ki, 34 yaşlı idmançı Dünya Qran-prisində qüvvəsini sınayacaq.

Mükafat fondu 1 000 000 ABŞ dolları olan turnirdə Musayevlə yanaşı, rusiyalı Osman Nurməhəmmədov, Aleksandr Şabli, braziliyalı Ptriki Freyre (Pitbul), ABŞ təmsilçiləri Benson Henderson, Ey Cey Makki, Sidni Autlo və Tunis əsilli fransalı Mansur Barnaui də çıxış edəcək.

Qran-pri bu il martın 23-də start götürəcək.

Qeyd edək ki, Tofiq Musayev "Bellator"dakı ilk döyüşündə Sidni Autloya cəmi 27 saniyəyə nokautla qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.